ASAN kimsəsiz uşaqları sevindirdi - FOTOLAR

ASAN kimsəsiz uşaqları sevindirdi -  FOTOLAR
Bütün Xəbərlər
16:20 04.10.2013
3243

4 oktyabr - Beynəlxalq Təbəssüm günü münasibəti ilə Bakı şəhəri, Xətai rayonu 3 saylı Uşaq Evininin valideyn himayəsindən məhrum olmuş uşaqlarına Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının hesabına “ASAN xidmət” mərkəzində ümumvətəndaş pasportları verilmişdir.

ASAN-dan AZXEBER.COM-a verilən məlumata görə, 3 saylı Uşaq Evində məskunlaşmış həmin uşaqlar Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş Rəsm və incəsənət festivalının qalibi olmaqla, Moskvada keçiriləcək eyni adlı tədbirdə Azərbaycanı təmsil etmək hüququnu qazanıblar.

OXŞAR XƏBƏRLƏR