"ASAN xidmət" "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində "ASAN xidmət” "Qobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.
Mükafat Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim olunub.
Dünyada bu formatda və növdə təsis olunmuş ilk mükafat olan "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı üzrə qalib olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib.