“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq
SOSİAL
16:26 30.06.2026
250
2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Esvatini Krallığı Hökumətinə bildiriş göndərməlidir.
OXŞAR XƏBƏRLƏR