Bu günə qədər "ASAN xidmət" mərkəzlərinə müraciət edənlərin sayı 34 milyondan çox olub. Bu da təqribən 7 milyona yaxın unikal şəxs deməkdir.
AZXEBER.COM azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "StartupFest 2019" startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimində deyib.
Agentlik sədri bildirib ki, hazırda bütün təbəqələr dövlət xidmətlərindən yararlanır.