“ASAN xidmət”in səlahiyyətlərindən biri ləğv edildi

“ASAN xidmət”in səlahiyyətlərindən biri ləğv edildi
SOSİAL
17:30 15.11.2023
308
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət”) tərəfindən göstərilən xidmətlərin sayı azaldılıb.

AZXEBER.COM-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə "ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar verilməyəcək.
OXŞAR XƏBƏRLƏR