Asena İbrahim Tatlısesin verilişindən 2 milyon lirə qazanıb

Asena İbrahim Tatlısesin verilişindən 2 milyon lirə qazanıb
MAQAZİN
20:10 05.01.2026
167
Məşhur rəqqasə Asenanın illər sonra müğənni İbrahim Tatlısesin verilişinə çıxması böyük müzakirələr yaradıb.
 
AZXEBER.COM xəbər verir ki, yayılan yeni məlumatlara əsasən, Asena verilişə çıxmaq üçün 2 milyon lirə (təxminən 79 000 AZN) qonorar alıb.

Bu məlumat müğənni Bülent Ersoyun "Polat Yağcı, Asenayı necə razı saldın" sualını verdikdən sonra yaranıb.

Həmin vaxt müğənni Yıldız Tilbe Asenayı işarə edərək "İkiqat pula, 2 milyon liraya" cavabını verib.

Bundan sonra Asenanın verilişə 2 milyon lirəyə (təxminən 79 000 AZN) çıxdığı məlum olub.

OXŞAR XƏBƏRLƏR