Asensio "Fənərbağça" üçün İstanbula gəlir

Asensio "Fənərbağça" üçün İstanbula gəlir
İDMAN
13:34 11.07.2025
186
Marko Asensionun transferi ilə bağlı "Fənərbağça" ilə Paris Saint-Germain arasında danışıqlar başa çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ispan futbolçu "Fənərbağça"nın son təklifinə "hə" deyib. Ulduz futbolçunun qısa zamanda İstanbula gələcəyi bildirilir.

Qeyd edək ki, Asensio ötən mövsüm qış transfer pəncərəsində İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa”ya icarəyə verilmişdi.
 
Futbolçu "Aston Villa" forması ilə 21 matçda komandasına 8 qol və 1 məhsuldar ötürmə verib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR