Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə partiya sədrinin mavini Seymur Həzi məlumat yayıb.
A.Yusiflinin cəzası bu gün başa çatıb.
Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.