Asim Mollazadə: "Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır"

Asim Mollazadə: "Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır"
Siyasət
19:59 07.11.2018
4327
Avropa ölkələrində əhalinin 60-70 faizinin yaşı 50-dən artıqdır. Azərbaycan əhalisinin isə böyük əksəriyyəti gənclərdir. Məhz bu Azərbaycana imkan verir ki, biz dövlət başçısının ifadə etdiyi strategiyanı əsas götürərək, "qara qızılı” "insan qızılı”na çevirək. Belə etsək, Azərbaycan dövləti çox güclənər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəparlamentdə keçirilən "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı  deyib.

O, bu səbəbdən də büdcədə Gənclər Fonduna ayrılan vəsaitin artımını müsbət qiymətləndirib. Deputat deyib ki, gəncliyin kreativ, ağıllı, güclü və sağlam olması üçün dövlət tərəfindən müvafiq işlə görülür. Lakin bu istiqamətdə ayrılan vəsaitlərin səmərəli olması üçün ölkədə təhsil və səhiyyə sisteminin təxirəsalınmaz islahatları həyata keçirilməlidir.

"İcbarı tibbi sığorta ilə bağlı pilot layihələr göstərir ki, biz sovet səhiyyə sisteminin imitasiyasından real müasir səhiyyə sisteminin formalaşmasına keçməliyik. Əks halda biz gəncliyimizi sağlam yetişdirə bilməyəcəyik, dövlət tərəfindən ayrılan vəsaitlər nə təhsil, nə də səhiyyə sahəsində öz səmərəsini verəcək” – deyə Mollazadə bildirib.  

Millət vəkili büdcədə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bütün güc ölkənin ərazi bütövlüyünün bərpasına səfərbər edilməlidir. Eyni zamanda Azərbaycan xaricdən gələn təhlükələrə də hazır olmalıdır.

"Təəssüf ki, döyüş təkcə müharibə meydanında getmir. Azərbaycana qarşı olan cəbhə bölgəsi demək olar ki, bütün dünyanı əhatə edir. Ölkəmizə qarşı informasiya müharibəsi, xalqımıza qarşı böhtan kampaniyası aparılır. Silahlı qüvvələrin bu istiqamətdə səfərbərliyi diplomatik sistemin bu çağırışlara və təhlükələrə hazırlığı ilə müşayiət olunmalıdır. Lakin ölkəmizin diplomatik korpusunun maliyyə imkanları məhdudlaşıb. Dünyanın bir sıra önəmli bölgələrində bizim səfirliklərimiz bağlanıb. Mövcud diplomatik nümayəndəliklərimizdə isə bu səfərbərlik ruhu görünmür” – deyən Mollazadə bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyini bildirib.  

Millət vəkili şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması zərurətinə də toxunub: "Döyüşə gedən hər bir əsgər bilməlidir ki, o, yaralansa, şəhid olsa, dövlət onun, ailəsinin arxasında duracaq. Dövlət başçısı hər zaman şəhid ailələrinə, müharibə əlillərinə öz qayğı və diqqətini göstərib, bu istiqamətdə çox işlər görülüb. Lakin son vaxtlar bəzi şəhid ailələri ilə bağlı yaranmış problemlər tezliklə öz həllini tapmalıdır. Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan dövləti öz əsgərinin və onun ailəsinin arxasında durur”.

Asim Mollazadə qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də toxunub. "Azərbaycan dünyaya göstərdi ki, 1 milyon qaçqına öz dəstəyini verə bilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox iş görülüb. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işləri çox çətindir. Çünki köçkünlər bütün ölkəyə səpələnib və onların problemlərini Komitənin balaca aparatı ilə həll etmək olmaz. Bu Komitənin işlərini gücləndirmək üçün müvafiq vəsaitləri tapmaq lazımdır”- deputat deyib.  

Mollazadə həmçinin qeyd edib ki, gənclərin inkişafı üçün təkcə dövlətdən dəstək gözləməməliyik. Bu işə iş adamları, sponsorlar cəlb edilməlidir. Bunun üçün vergi sistemində müvafiq dəyişikliklər olmalıdır: "Elm, təhsil və mədəniyyət sahəsinə töhfə verən hər bir iş adamına vergidə güzəşt edilməlidir. Bu yükü dövlətin üzərindən götürməli, iqtisadi sahədəki iş adamlarını bu istiqamətdə təşviq etmək üçün islahatları həyata keçirməliyik”.

Asim Mollazadə çıxışında Azərbaycanda qadın hüquqlarına, məişət zorakılığı sahəsindəki problemlərə də toxunub: "Azərbaycan xanımları tarixən islam və türk dünyası xanımlarının lideri olub. Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır. Biz ölkədə elə bir mühit yaratmalıyıq ki, qadınlara qarşı zorakılığın qarşısı alınsın. Qadınların təhsilinə diqqət yetirilməlidir. Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək üçün biz həm dövlət, həm də QHT-lərin fəaliyyətini gücləndirməliyik. Bu istiqamətdə Ombudsman Aparatı da fəaliyyətini gücləndirməlidir. Biz Azərbaycan xanımlarının islam dünyasında liderliyini qoruyub saxlaması üçün zəruri olan hər şeyi etməliyik”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır