Asim Mollazadə ilə Şəmsəddin Hacıyev arasında mübahisə yarandı

SİYASƏT
14:20 06.11.2013
1393

Nə Azərbaycan müəllimi, nə də Azərbaycan həkimi rüşvətxor deyil.

Bu gün bir valideyn üç övladını idarə etməkdə çətinlik çəkir, amma bir müəllim auditoriyada ən azı qırx nəfər tələbə, yaxud da şagirdi idarə edir.Bunun müqabilində isə cəmi 100-125 manat maaş alır.AZXEBER.COM xəbər verir ki, bu fikirləri millət vəkili Asim Mollazadə 2014-cü il dövlət büdcəsi layihəsinin parlamentin 6 daimi komitəsinin bu gün keçirilmiş birgə iclasındakı müzakirəsi zamanı dilə gətirib.Millət vəkili əmək haqlarının çox aşağı olmasının müqabilində həkimlərə və müəllimlərə “rüşvətxor” damğası vurulmasının əleyhinə olduğunu söyləyib:“Bu cür əmək haqqı alan müəllim və yaxud həkim özünü necə dolandıra bilər? Bu məvaciblə heç nə etmək olmaz.Bu gün ali məktəblərin problemlərindən, yataqxana problemlərindən danışılıb. Amma ali məktəblərin necə idarə olunması məsələsi hələ də müəyyənləşməyib. Bu barədə aydın təsəvvür yoxdur”.Millət vəkilinin bu fikirləri birgə komitələrin iclasına sədrlik edən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin etirazına səbəb olub.Ş.Hacıyev qeyd edib ki, Azərbaycanda çox mükəmməl təhsil qanunu qəbul olunub və orada ali məktəblərlə bağlı məqamlar da öz əksini tapıb:“Eyni zamanda, əmək haqlarının da bir neçə dəfə qaldırılması düzgün və səmərəli olmazdı. Bu, gələcəkdə güclü inflyasiyaya gətirib çıxarar və iqtisadiyyata güclü zərbə vura bilər”.

OXŞAR XƏBƏRLƏR