Asim Mollazadə Ramiz Mehdiyev haqda: “Mən o adamı tanımıram”

Asim Mollazadə Ramiz Mehdiyev haqda: “Mən o adamı tanımıram”
SİYASƏT
16:10 30.10.2025
741
Son günlər ölkənin əsas gündəmində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi və onun ətrafında cərəyan edən proseslər dayanır. 

Keçmiş dövlət rəsmisi ilə bağlı mediada yayılan məlumatlar ictimaiyyətdə böyük rezonans doğurur. 

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AZXEBER.COM-a açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı zəruri məlumatları verəcəklər:

"Bu işlərlə bağlı məlumatım yoxdur. Hüquq-mühafizə orqanlarının istintaq bitdikdən sonrakı məlumatını gözləyirəm”.

Asim Mollazadə Ramiz Mehdiyevi tanımadığını da deyib: 

"Mən onu tanımıram heç. Onunla qətiyyən münasibətim olmayıb, o mənə aidiyyatı olmayan adamdır”. 

"Bəs Ramiz Mehdiyev sizə qarşı nə vaxtsa haqsızlıq edibmi” sualına isə deputat belə cavab verib: 

"Təbii ki, hamıya qarşı haqsızlığı olubsa, mənə qarşı da olub”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR