Aşıq Azər Türkiyədən Malayziyaya aparıldı

Aşıq Azər Türkiyədən Malayziyaya aparıldı
SOSİAL
11:11 08.04.2016
1868
Aşıq Azər Xanlaroğlu Türkiyənin İstanbul şəhərindən Malayziyaya aparılıb.
Bu barədə aşığın yaxınları məlumat verib. Yaxınlarının bildirdiyinə görə, "Hepatit B” xəstəliyindən əziyyət çəkən aşıq Azər Xanlaroğlundan götürülən qan analizlərinin cavabı bu gün məlum olacaq.
Qeyd edək ki, Aşıq bir neçə gündür ki, Türkiyədə idi. Həkimlərinin ilkin rəyi ona qaraciyər köçürülməsi əməliyyatının aparılması olub.
Xatırladaq ki, 33 yaşlı Aşıq Azər Xanlaroğlu 3 ildir "Hepatit B” xəstəliyindən əziyyət çəkir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR