Aşıq Namiq 6-cı klipini çəkdi, büdcəni gizlətdi.Aşıq Namiq Fərhadoğlu sayca 6-cı klipini təqdim edib. AZXEBER.COM xəbər verir ki, aşığın “Xızı dağları” mahnısına Xızıda ekran həyatı verilib. Klip haqda təssüratlarını bölüşən aşıq qeyd edib ki, ekran işi ürəyincə olub: “Bu ya hamı istirahət etdi, mən klip çəkdirdim. 3 ay ərzində 3 klip - “Dolya vorovskaya”, “Məsti-xumar” və “Xızı dağları” çəkdirmişəm. Bu işimdə ürəyimcə oldu. Yaradıcılıq işlərim davam edir. Yeni idealar üzərində çalışıram, tamaşaçılarımı yeni işlərimlə tezliklə bir daha sevindirəcəyəm”. N. Fərhadoğlu klipin büdcəsini gizli saxlayıb: “Bu haqda danışmaq istəmirəm. Pul önəmli deyil, bu cür söhbətlərlə gündəmə gəlmək istəmirəm. Əsas odur ki klip ürəymcə oldu”Qeyd edək ki, klipə rejissor Nail Naiboğlu ekran həyatı verib.