Aşıq Namiq danışdı: "Aşıq Ədalət kraldır" -MÜSAHİBƏ

MAQAZİN
01:54 12.04.2015
13767
Xəbər verdiyimiz kimi, ATV telekanalında yayımlanan “Səbəbkar” verilişinin növbəti çəkilişlərindən birində küçə söyüşü səslənib.
Verilişə qonaq qismində çağırılmış aşıq Ədalət digər aşıq Namiqin ifasının görüntülərini izləyib.
Videoyazıda aşıq Namiq oriental rəqqasə Aytəni saz havasına oynadıb .
Bu görüntüləri qonaqlar şərh edə bilməyib. Videonu sonuna qədər izləyə bilməyən ustad aşıq Ədalət isə əsəbini gizlətməyib və söyüş söyməkdən özünü saxlaya bilməyib:
“..... onların var-yoxunu” deyə, ustad aşıq baş verənlərə münasibətini bildirib.
Məsələylə bağlı Aşıq Namiq AZXEBER.COM-a müsahibə verib.
- Yəqin ki, Aşıq Ədalət "Səbəbkar" verilişinin "youtube"yə yüklənən anonsunda var-yox söyüşü söydüyünü görmüsüz. Anonsdan görünür ki, Aşıq Ədalət efirə sizin görüntü gedəndə belə bir addım atıb. Buna münasibətiniz...
- İlk olaraq qeyd edim ki, Aşıq Ədalət mənim ustadımdır, ona biz "Dədə Ələsgər" deyirik. Dediyiniz görüntünü görən kimi, aşığın evinə getdim, ona izlətdim görüntüləri. Aşıq isə bu yaxınlarda vəfat edən oğlunun qəbrinə and içdi ki, mənim haqda elə söz deməyib. O dedi ki, məni heç vaxt söyməz, mən onun oğlu kimiyəm, hansı ata öz oğlunun var-yoxunu söyər? Mən bir daha deyirəm ki, Aşıq Ələsgər məni söyməyib. Aşığın videosu da var məndə, onu yayacam. Orada da Ədalət mənim haqda xoş təəsüratlarını deyir
- Siz belə bir şeyin olmadığını deyirsiz. Amma fakt odur ki, görüntü sosial şəbəkələrə bu formada yüklənib...- Mən bir daha deyirəm ki, bu verilişin aparıcı İradə İsaqın şou, reytinq xatirinə hazırladığı tablodur. Necə olur ki, bu görüntülər efirə getmir, amma "youtube"yə yüklənir. İradə İsaq atası yaşında kişidən istifadə edib, reytinq qazanır, bu biabırçılıqdır. Artıq videoya "youtube"də 100 minə yaxın baxış var. İradə İsaq reytinq xatirinə el sənətkarını qurban verdi. Ayıbdır, vallah. Hətta Aşıq söyüş söyübsə, belə onu niyə efirə verir axı, bu xanım? Aşıq Ədalətin 77 yaşı var, onun qalmaqal edən yaşı deyil
- Sizdən fərqli olaraq Rəqqasə Aytən deyib ki, Aşıq Ədaləti məhkəməyə verəcək.
- Bu da normaldı. Aytənin atası bu yaxınlarda rəhmətə gedib və durduq yerə onun var-yoxunu söyürlərsə, Aytən nə etməlidir? Amma mən yenə də deyirəm ki, Ədalət o qədər ikiüzlü adam deyil ki, bizi söysün sonra da sözünü dansın. O el sənətkarıdır. Ədalət bu cür qalmaqallara görə, özəl TV-lərə çıxmır. Yalnız Dövlət Televiziyasının qonağı olur. Aşıq Ədalət kraldır, o mənim ustadımdır.
- Əgər həqiqətən də verilişdə söyülən sizsizsə, o zaman nə edəcəksiz?- Əgər elə şey olsa deməli Aşıq Ədalət ikiüzlüdür. Dünən dediyini bu gün danır. Amma Aşıq Ədalət mənim haqda hər zaman yüksək fikirdə olub, hər zaman mənə Namiq müəllim deyə müraciət edib. Onun məni söydüyünə inanmıram. Bu İradə İsaqın uğursuz PR-dır
- Videoda görünür ki, Aşıq Ədalət söyüş söyəndə digər aşıqlar gülür. Sizcə onlar nəyə görə var-yox söyüşünə belə loyal reaksiya verirlər?- Bunu mən deyə bilmərəm. Telli Borçalı mənə zəng etdi və dedi ki, orada heç kim səni söyməyib. Mən də həmkarlarıma və dostlarıma inanıram. AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR