Aşıq Namiq: Məqsədim aşıq sənətinin inkişafına təkan verməkdir - VİDEO

Aşıq Namiq: Məqsədim aşıq sənətinin inkişafına təkan verməkdir - VİDEO
MAQAZİN
15:22 08.07.2016
1714
Tanınmış Aşıq Namiq Fərhadoğlunun müəllifi olduğu "Köklə sazı" layihəsinin ikincisinə start verilib.
Bu haqda AZXEBER.COM-a məlumat verən aşıq bildirib ki, "Dünya TV " efirində yayımlanacaq layihənin qalibinə bu dəfə də avtomobil hədiyyə olunacaq: "Bildiyiniz kimi, ilk layihəmiz 3 ay davam etdi və sonda qalibə avtomobil hədiyyə etdik. Bu layihə heç kimin sponsorluğu və dəstəyi olmadan sırf mənim təşəbbüsümlə keçirilir. Layihədə əsas məqsəd aşıq sənətinin inkişafına təkan vermək və daha da populyarlaşdırmaqdır"
Xatırladaq ki. "Köklə sazı 1” tele layihəsinin qalibi 58% səslə finalçı İlkin Məmmədov olub. Digər finalist Elnur Mehmanoğluna layihə rəhbəri "Qızıl təzyənə” hədiyyə edib. Üçüncü yerin sahibi Mehdi Göyçəliyə isə Fəxri diplom təqdim olunub.
Yarışmada qalib gələn iştirakçıya layihənin rəhbəri avtomobil hədiyyə edib. Aşıq N. Fərhadoğlu aşıq sənətinin inkişafı, gənc tələbələrində və gənclərdə aşıq sənətinə marağı artırmaq üçün öz büdcəsi hesabına, sponsorsuz yarışmanın qalibinə avtomobil hədiyyə edib.
OXŞAR XƏBƏRLƏR