Aşıq Namiq Fərhadoğlunun "TikTok" hesabı oğurlanıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
Onun sözlərinə görə hesabı ələ keçirən şəxs, bəzi sənət dostlarına mesaj yazaraq Namiqin adından pul istəyib:
"Əziz izləyicilər! Mənim "TikTok" hesabım oğurlanıb. Kimin etdiyini bilmirəm. Dostlarıma zəng edib, pul istəyiblər. Sizə də belə mesaj gəlsə, inanmayın. Polisə məlumat verəcəyəm, inşallah geri qaytarmaq olar".
Aysel