Tanınmış aşıq Vüqar Mahmudoğlu vəfat edib.
O, bu gün sәhәr 5:20-dә müalicә aldığı Gömrük Hospitalında dünyasını dəyişib.
Bu haqda aşığın sənət dostları sosial şəbəkədə hesablarında məlumat veriblər.
O, iki gün әvvәl infarkt keçirərək ağır vәziyyәtdә xәstәxanaya çatdırılmışdı. Dünən onun vəziyyətinin stabilləşməsi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Vüqar Mahmudoğlu tanınmış jurnalist Anar Niftəliyevin qardaşıdır.
///Qaynarinfo