Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına "Bank Respublika" ilə qayıtdı - FOTOLAR

Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına "Bank Respublika" ilə qayıtdı - FOTOLAR
İQTİSADİYYAT
10:20 12.10.2023
377

Uzun fasilədən sonra daha bir nüfuzlu beynəlxalq maliyyə təşkilatı Azərbaycanın bank bazarına qayıdıb!Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika və Asiya İnkişaf Bankı (AİB) arasında kredit sazişi imzalanıb.

 

AZXEBER.COM xəbər verir ki, sazişə əsasən Banka 20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada iri həcmli kredit ayrılacaq.

Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək. "Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.

""Biz, Asiya İnkişaf Bankının uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhz Bank Respublika ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də "Bank Respublika”nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla da ölkədə sahibkarlığın inkişafına töhfə verəcək”- deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

 "Kiçik və orta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorunda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40%-i qadınlara məxsusdur. Bank Respublika Asiya İnkişaf Bankının çoxdankı, etibarlı tərəfdaşıdır və onun işi AİB-in ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır.Biz Bank Respublika ilə əməkdaşlığımızdan məmnunuq və gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, - deyə AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeigan bildirib.

"Bank Respublikanın regionlarda əhəmiyyətli iştirakı, kiçik və orta biznesə diqqət yetirməsi və kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və müştərilərin maliyyəyə çıxışını təşviq etmək öhdəliyinə görə güclü və dəyərli tərəfdaşımızdır. Bu saziş bizim regional təcrübəmizə, xüsusən də maliyyə bazarlarını gücləndirmək üçün yerli valyutalardan istifadənin üstünlüyünə əsaslanır”, - AİB-in Özəl Sektor Əməliyyatları Departamentinin baş direktoru Suzanne Gaboury bildirib.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank, Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir