“Aşk-ı Memnu”nun yeni aktrisası tənqid olundu - FOTO

“Aşk-ı Memnu”nun yeni aktrisası tənqid olundu - FOTO
MAQAZİN
16:09 12.01.2023
466

Bir zamanların məşhur serialı "Aşk-ı Memnu" yenidən başlayır.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, layihənin adı olduğu kimi qalsa da, bu dəfə film olaraq lentə alınacaq.

"Aşk-ı Memnu"nun əsas obrazlarından biri Bihteri isə aktrisa Farah Zeynep Abdullah canlandıracaq.

Bihter rolunu Beren Saatla eyniləşdirən bir çox sosial media istifadəçisi bu xəbərin yayılmasından sonra "Baxmayacağıq, boşuna gəlməsin”,- deyərək reaksiya verib.

Layihəyə baxmayacaqlarını deyən istifadəçilər prodüserlərə "Boşuna etməyin” deyərək səslənərkən, bəziləri Farah Zeynep Abdullahın bir çox obrazları çox yaxşı oynadığını və Bihteri ən yaxşı şəkildə canlandıracağını deyərək ona dəstək olublar”.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR