Aslan Hüseynovun öldüyü dəhşətli qəza: Yalnız morqa gətirildikdən sonra...

Aslan Hüseynovun öldüyü dəhşətli qəza: Yalnız morqa gətirildikdən sonra...
SOSİAL
10:41 05.05.2021
1678
Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Magistralın 60-cı kilometrliyində - Ələt qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü A.Hüseynovun sürdüyü BMW markalı avtomobilin qarşıda hərəkət edən "KamAZ” markalı yük maşınına çırpılarkən saatda təxminən 90 kilometr sürətlə hərəkət etməsi müəyyən edilib.

Belə ki, sübh saatları insanların yuxuya ən çox ehtiyac duyduğu vaxt hesab edilir. Həmçinin sürət həddinin yüksək olmamasına baxmayaraq, müğənninin baş nahiyəsindən ağır zərbələr alması onun təhlükəsizlik kəmərini taxmaması versiyasını gücləndirir.

O da məlum olub ki, hadisədən dərhal sonra yaxınlıqdakı şəxslərin köməkliyi ilə A.Hüseynovun cansız bədəni maşından çıxarılıb. Lakin oradakı insanların heç biri ölən şəxsin tanınmış müğənni olduğunu bilməyib. Baş nahiyəsi qan olduğundan A.Hüseynovun üz nahiyəsi tanınmaz vəziyyətə düşüb. Yalnız morqa gətirilib yuyulduqdan sonra oranın əməkdaşları vəfat edən şəxsin müğənni Aslan Hüseynova oxşadığını bildiriblər. Bundan sonra onun ailə üzvləri xəstəxanaya dəvət edilib və tanınma prosesi keçirilib.

Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, bu ilin 17 may tarixində A.Hüseynovun 54 yaşı tamam olacaqdı. Ötən ay isə onun anası vəfat edib.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu