"Mübariz Mənsimov haqqında bildiyim çox şeylər var" — Aslan İsmayılovdan açıqlama

"Mübariz Mənsimov haqqında bildiyim çox şeylər var" — Aslan İsmayılovdan açıqlama
SOSİAL
19:40 17.03.2020
12840
Tanınmış hüquqşünas, vəkil Aslan İsmayılov "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi məsələsinə münasibət bildirib.

AZXEBER.COM-un Demokrat.az-a istinadən xəbərinə görə, o, Mübariz Mənsimov haqqında çoxlu sayda məlumatlara malik olduğunu vurğulayıb. Həmçinin, iş adamını müdafiə etmək üçün ona çoxlu sayda  müraciətlərin daxil olduğunu qeyd edib:

"İş adamı Mübariz Mənsimovu müdafiə etmədiyim üçün mənə çoxlu sayda suallar ünvanlayıb israrla onu müdafiə etməyimi tələb edənlər var. Bilməyənlərin nəzərinə çatdırıram ki, M.Mənsimovun Azərbaycanda həyat yoldaşının xəbəri olmadan boşanması ilə bağlı iş üzrə 3 ildən artıq həyat yoldaşının vəkili olmuşam. Bu barədə onlarla yazılarım elə bu səhifələrimdə olub. Bu səhifələrdə paylaşdığım sübutlara baxmadan, o cümlədən boşanma işi üzrə məhkəmə olan vaxtlarda həyat yoldaşının Azərbaycan sərhədlərini keçmədiyini təsdiq edən Sərhəd Xidmətinin arayışına rəğmən, M.Mənsimovun hakimiyyətdə olan dayaqlarının səyi nəticəsində qanunsuz məhkəmə qərarları bütün məhkəmə instansiyalarında gücündə saxlandı. Elə buna görə bu barədə danışmağım düzgün olmazdı.


Bundan başqa həmin 3 ili və son vaxtlar onun haqqında bildiyim çox şeylər var və bu ərəfədə, M.Mənsimovun dar günündə onların açıqlanmasını, mövqe sərgiləməmi də düzgün saymıram. İstənilən halda çoxlu sayda həmvətənimizi qardaş Türkiyədə işlə təmin edən bir iş adamının həbsinə sevinmək olmaz. Tezliklə haqq-ədalətin təmin edilməsini arzulayıram. Məndən bu qədər. Allah köməyi olsun".
OXŞAR XƏBƏRLƏR