"AŞPA-da yenə də ikili standartın şahidi olduq" - Qənirə Paşayeva

"AŞPA-da yenə də ikili standartın şahidi olduq" - Qənirə Paşayeva
SİYASƏT
17:29 24.01.2018
1723
 
AŞPA-nın qış sessiya çərçivəsində Ermənistan prezident Serj Sarqsyanın verilən suallara uzun-uzadı cavab verməsi, iclasda iştirak edən nümayəndə heyətimizi qəzəbləndirib.
 
Bununla bağlı AZXEBER.COM-a danışan Qənirə Paşayeva bunları deyib: "AŞPA-da yenə də ikili standartın şahidi olduq. Birincisi, Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz, ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib, çıxış verdilər. Rusiyanın Assambleyada təkrar fəaliyyətinə qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz deyən AŞPA özünün 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir. Həm də işğalçı ölkənin işğal prosesində iştirakını növbəti dəfə də fəxrlə deyən prezidentinə təriflər deyərək. Belə çıxır ki işğal edilən xristian ölkəsi torpağıdırsa onu edənlərə qarşı sərt mövqe ortaya qoyulur amma işğal edilən müsəlman ölkənin torpağıdırsa işğalçı hətta mükafatlandırılır.
 
Budur bu təşkilatdakı növbəti dəfə şahidi olduğumuz mənzərə, dəhşətıli ikili standartlar. Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sarkisyana sual üçün yazılmışdı və təbii ki o çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki suala yazılanların siyahasını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan 1 saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq üçün çıxışını ayırdı və çıxışını uzatdı. Prosedur qaydalara görə əvvəlcə AŞPA Qruplarını təmsilçiləri sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır. Sarkisyan qrup təmsilçilərinin suallarını qəsdən o qədər uzun cavablar verirdi ki millət vəkillərinə sual çatmasın və nəticədə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu.
 
Son dəqiqələrdə çatdı zaman Səməd müəllimə. Ona da çata bilməyəcəyindən narahat idik. Səməd müəllim prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sarkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu. Sarkisyan çıxışını və suallara cavabı niyə çox uzadırdı bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl bilirdi. Nümayəndə heyətimizin üzvləri olaraq Assambleya toplantılarında onun söylədiyi yalanlara geniş cavablarımız olacaq. Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır.
 
Bu bir daha insan haqlarından danışan bu təşkilatda müsəlman ölkələrinə, türk ölkələrinə qarşı dəhşətli bir ikili standartın olduğunu göstərdi. Biz zaman-zaman Azərbaycana, Türkiyəyə qarşı bunu görürük və bu gün də onlardan biridir. Dövlətimiz və ordumuz inşallah daha da güclənəcək və biz hamımız bunun üçün daha da çox çalışmalıyıq. İşğalçı ölkə prezidentinin bu günkü çıxışı bir daha göstərdi ki onlar sülh yolu ilə torpaqlarımızı işğaldan azad etməyəcəklər heç bir zaman. Torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq. Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox hayasız bir düşmən var. Bu gün işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi.
 
Təssüf ki xristian həmrəyliyi də daha da güclənir. Bu faktor da çox ciddi məsələdir. Daha da güclü olmalıyıq. Dövlətimizi daha da gücləndirməli, daxildə və xaricdə yaşamamızdan asılı olamayaraq bu məsələ ətrafında həmrəyliyimizi, birliyimizi, fəaliyyətimizi daha da gücləndirməliyik".
OXŞAR XƏBƏRLƏR