Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun ölkəmizə səfərinin proqramı açıqlanıb.
APA-nın AŞPA mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə həmməruzəçilər yanvarın 31-dən fevralın 2-dək davam edəcək səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, siyasi partiyaların təmsilçiləri, QHT və media nümayəndələri ilə görüşəcək.Qubaya səfər edəcək həmməruzəçilərin yerli QHT-lərlə görüşləri planlaşdırılır. Jozef Debono Qrex və Pedro Aqramunt səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.