AŞPA komitəsinin sədri: “Bərdə şəhərinə edilən hücumlar faciədir”

DÜNYA
11:41 30.10.2020
286

Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib.

O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb.

 

"Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”, - deyə Fridez əlavə edib.

Komitə sədri münaqişə tərəflərinin təkcə atəşkəsə razılaşması deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini vurğulayaraq, əks halda vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

O, bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıb, hökumətləri bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb.

AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:47 04.12.2020

Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

12:31 04.12.2020

Nazirlik Xudayarın kirayədə yaşayan ailəsi üçün ev tikir

12:26 04.12.2020

Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım

12:20 04.12.2020

Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı

12:06 04.12.2020

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

11:52 04.12.2020

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

11:39 04.12.2020

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

11:37 04.12.2020

“Neftçi”də daha altı nəfərdə koronavirus aşkarlandı

11:27 04.12.2020

DİN: “21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıb”

11:06 04.12.2020

İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib - FOTO

10:52 04.12.2020

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

10:51 04.12.2020

"Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb"

10:49 04.12.2020

Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar təxliyyə edildi

10:41 04.12.2020

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

10:24 04.12.2020

Binəqədidə evi tərk edən koronavirus xəstəsi saxlanıldı

10:21 04.12.2020

Azərbaycan Prezidenti: "Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib"