AŞPA Azərbaycanda keçirilən referendumun gedişatını izləyəcək qiymətləndirmə missiyasının tərkibini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, qurum bəyan edib ki, missiya Azəraycan hökumətinin dəvəti ilə bu ölkəyə gəlir.
Nümayəndə heyəti Azərbaycan prezidenti, Milli Məclisin spikeri, Mərkəzi Seçki Komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri və KİV-lə görüşəcək. Referendum günü isə missiya üzvləri seçki məntəqələrində olacaqlar.
Nümayəndə heyətinin tərkibinə Aleksandr Nikoloski (Makedoniya), Andrea Riqoni (İtaliya), Yanaki Stoylov (Bolqarıstan), Antonio Quterres (İspaniya), Dominik Tarçinski (Polşa) və AŞPA Monitoring Komitəsində Azərbaycan üzrə məruzəçisi Stefan Şennak daxildir.