Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun Günü keçirilib

Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun Günü keçirilib
SOSİAL
17:18 14.10.2024
430
Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və  "CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib. 

AZXEBER.COM xəbər verir ki,  "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan mərasimdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və "CASA Baku” Kulinariya Məktəbinin nümayəndələri iştirak ediblər. 

 Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qastroturizmin inkişafının ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görüldüyünü bildirib: 

"Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir. Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının  planlaşdırıldığı da diqqət mərkəzindədir" deyə  Nağıyev bildirib.

Sonra aşpazlıq üzrə bir illik tədris proqramını əks etdirən videoçarx nümayiş etdirilib. 

Qeyd olunub ki, Azərbaycanda indiyədək aşpazlıq ixtisası üzrə ali səviyyədə təhsil pilləsi olmadığına görə, Dövlət Turizm Agentliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və "CASA Baku” Kulinariya Məktəbinin birgə əməkdaşlığı ilə pilot qrup yaradılıb. Layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə "Aşpazlıq” ixtisası üzrə peşə təhsili alıb. Tədris prosesinə "CASA Baku” Kulinariya Məktəbinin mütəxəssisləri, eyni zamanda digər yerli və xarici mütəxəssislər də cəlb edilib. 

Tələbələrə nəzəri və təcrübə xarakterli  dərslər keçirilməklə yanaşı, onların yerli və beynəlxalq yarışlarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunub. 

Tədris zamanı tələbələrə beynəlxalq sertifikatlı müəllimlər tərəfindən İngilis dili tədris edilib. 
 
Mərasimdə birinci pilot qrupun 18 məzununa diplomlar təqdim olunub. Onlar ikinci pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər