AST Telman Ajda Pekkanı səhnədən qovdu

MAQAZİN
14:32 16.09.2013
4000

Milyarder iş adamıTelman İsmayılovun ona məxsus 7 ulduzlu "Mardan Palace" otelində xanımının ad günü münasibətilə təşkil etdiyi ziyafətdə qalmaqal yaşandığı iddia olunur. Milli.Az Takvim-ə istinadən bildirir ki, T.İsmayılov xanımıSamirənin ad gününü Antalyada, "Mardan Palace" oteldə təşkil etmişdi. Ziyafətə dəvət almış bir sıra məşhur sənətçilər arasında Türkiyənin superstarı sayılan müğənniAjda Pekkanda vardı. 60 qonağın dəvət olunduğu ziyafətdə Ajda Pekkan məşhur mahnılarını ifa edib. Lakin 10-cu mahnıda səhnədə səslər qəflətən kəsilib. Ajda Pekkanın çıxışı üçün 300 min lirə ödəmiş T.İsmayılovun müğənninin ifasını bəyənmədiyi vurğulanır. Sinirlənərək masa arxasından qalxan T.İsmayılov deyib: "Budur Superstar?! Budur Ajda Pekkan?! Endirin bu qadını səhnədən!" A.Pekkanın assistenti ona yaxınlaşaraq səhnəni tərk etməsinə yardım göstərib.

Müğənni oteli dərhal tərk edib

OXŞAR XƏBƏRLƏR