"AST Telman"ın otelində 2,5 milyon avroluq toy

MARAQLI
09:17 02.08.2011
2160
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, azərbaycanlı biznesmen Telman İsmayılova məxsus hoteldə hindistanlı milyarderlərin təşkil edəcəyi növbəti toyun qiyməti isə 2,5 milyon avrodur. Adları açıqlanmayan hind milyarderlərinin övladlarının toyunda 600 nəfərin iştirakı gözlənilir. Qonaqlar toydan 6 gün əvvəl 3 xüsusi təyyarə ilə Dehli və Qao şəhərlərindən Antalyaya gələcəklər, hoteldə yerləşdiriləcəklər. 
Hoteldən verilən məlumata görə, bu ilin yanvarından bəri 8 toy mərasimi təşkil edilib və bu rəqəm ilin sonunadək 20-yə çatacaq. Həmçinin bildirilib ki, “Mardan Palace”də keçirilən ən ucuz toy mərasimində bir nəfərlik yerin qiyməti 250 avrodan başlayır.

OXŞAR XƏBƏRLƏR