Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olundu

Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olundu
SOSİAL
11:35 11.06.2020
1126
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

AZXEBER.COM-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb. 

OXŞAR XƏBƏRLƏR