Ağstafa sakini ehtiyatsızlıqdan elektrik mişarı ilə özünü doğradı

Ağstafa sakini ehtiyatsızlıqdan elektrik mişarı ilə özünü doğradı
SOSİAL
23:18 08.06.2020
875
Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1988-ci il təvəllüdlü Baloğlan Əbduloğlu elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində hər iki ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR