Ağstafa xəstəxanasında oğurluq: Xəstənin pulu və qızılları oğurlandı

Ağstafa xəstəxanasında oğurluq: Xəstənin pulu və qızılları oğurlandı
SOSİAL
10:29 29.02.2020
3377
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

Report-un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun iki min manat pulu və qızıl üzüyü oğurlanıb.

Polisin araşdırması nəticəsində R.İsmayılovla eyni palatada müalicə olunan N.Əsədullayev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR