Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

SOSİAL
23:09 24.10.2021
160
Ağstafa rayonunda 16 yaşlı S.Sadıqovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevdir.

Qeyd edək ki, hadisə Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR