Ağstafada 16 yaşlı oğlan intihar etdi - Sevdiyi qıza görə

Ağstafada 16 yaşlı oğlan intihar etdi - Sevdiyi qıza görə
SOSİAL
13:23 06.05.2017
1035
 
Ağstafada intihar hadisəsi olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sadıqlı kəndində baş verib.
 
Kənd sakini, 2001-ci il təvəllüdlü Hacıyev Fərid Natiq oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib. F. Hacıyev ailənin tək oğlan övladı olub. Onun özündən böyük bacısı var.
 
İlkin məlumata görə, yeniyetmə tanış olduğu qızla telefonla danışdıqdan sonra intihar edib.
 
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR