Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
AZXEBER.COM-un Modern.az-a istinadən məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
"KİA" markalı avtomobilin vurduğu piyada, 1995-ci il təvəllüdlü R.Tağıyeva aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.