Ağstafada 44 yaşlı çobanın meyiti tapıldı

Ağstafada 44 yaşlı çobanın meyiti tapıldı
SOSİAL
22:03 22.02.2026
808
Ağstafada fermada kişi meyiti aşkarlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR