Ağstafada 61 yaşlı kişini avtomobil vurdu

Ağstafada 61 yaşlı kişini avtomobil vurdu
SOSİAL
23:19 26.10.2018
5662
Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.CO "Report"a istinadən xəbər verir ki, rayonun 1957-ci il təvəllüdlü Xatai kəndində yerli sakin Nəsibov Xəyyam Həmid oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR