Ağstafa rayonu ərazisində ilk ağacəkmə və ümumrayon iməcliyi təşkil olunub.
AZXEBER.COM xəbər verir ki, ekoloji aksiyada Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yerli iqlim şəraitinə uyğun minə yaxın sərv ağacının əkildiyi ərazilərdə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib. Qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəzlənib, həmçinin ağacların suvarılması üçün damla suvarma sistemi qurulub.
Qeyd olunub ki, ölkəmizin hər yerində bu cür ekoloji aksiyaların təşkilinin başlıca məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsi, yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.
Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq, təmir-tikint işləri də uğurla davam etdirilir. Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa şəhərinin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində davam etdirilən abadlıq-quruculuq işlərinə növbəti dəfə baxış keçirib, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Yaz mövsümünün ilk ümumrayon iməcliyində Ağstafa Rayon İcra Hakimiyyətinin, o cümlədən rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının əməkdaşları, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Kommunal təsərrüfat xidmətlərinin texnikalarının da cəlb olunduğu iməclikdə ağaclar budanıb, mövcud yaşıllıqlara mövsümə uyğun aqrotexniki qulluq göstərilib, kəndarası yolların və dəmiryol xəttinin kənarları tullantılardan təmizlənib.