Ağstafada ağır yol qəzası: bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Ağstafada ağır yol qəzası: bir nəfər öldü, digəri xəstəxanalıq oldu
SOSİAL
16:54 10.09.2019
3947

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM -a verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi "VAZ-2121" və R.Fərəcovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR