16:22 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Ağstafada bıçaqlanma hadisəsi olub

14:40, 03.01.20141003
Ağstafada bıçaqlanma hadisəsi olub

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini bıçaqlanıb. 

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən Qıraq Kəsəmən kəndində baş verib. Məlumata görə, Ağstafa şəhər sakini, 1981-ci il təvəllüdlü Araz İsmayılov sözü gedən kəndə gəlib və oranın sakini 1987-ci il təvəllüdlü Pərvin Nəcəfovla mübahisə edərək onu bıçaqlayıb. P. Nəcəfov dərhal Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.(APA)

XƏBƏR LENTİ