Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var
SOSİAL
07:15 30.12.2023
178
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlunatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "QAZel” markalı kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR