Ağstafada maskalı şəxslər avtomatla evə hücum etdi

Ağstafada maskalı şəxslər avtomatla evə hücum etdi
SOSİAL
11:11 17.09.2018
2756
Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.

Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.

Digər şəxs isə hadisə yerindən qaçıb.

Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.

Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR