Ağstafada qadın sirkə turşusundan zəhərlənib

Ağstafada qadın sirkə turşusundan zəhərlənib
SOSİAL
16:59 10.10.2021
223
Ağstafa rayonunda yerli sakin sirkə turşusundan zəhərlənib.

Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qadının hansı səbəbdən sirkə turşusu içdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR