Ağstafada sərxoş piyada naməlum avtomobil tərəfindən vurulub

SOSİAL
21:37 25.11.2021
210
Ağstafa rayonunda sərxoş kişi naməlum şəraitdə xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində baş verib. Şəxsiyyəti hələ məlum olmayan sərxoş şəxs naməlum şəraitdə xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin dediyinə görə, yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vuraraq xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR