Ağstafada yeniyetmə at arabasının altında qalaraq öldü

Ağstafada yeniyetmə at arabasının altında qalaraq öldü
SOSİAL
10:29 05.11.2018
2388
Ağstafa rayonunda yeniyetmə at arabasının altında qalaraq ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsininərazisində baş verib.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü Famil Tahir oğlu İbrahimov hərəkətdə olan at arabasından yıxılaraq arabanın təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan F.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR