Ağstafanın icra başçısı üçün yolun sonu göründü

SOSİAL
14:30 10.03.2016
4437
Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb
Məhərrəm Quliyevin bu həftə içində sərəncamı veriləcəkAğstafanın icra başçısı Məhərrəm Quliyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, icra başçısının belə bir addım atmasına səbəb onunla Prezident Admnistrasiyasında edilən son söhbət olub.Mənbənin bildirdiyinə görə, Quliyev həmin görüşdə bərk danlanıldıqdan sonra işdən azad ediləcəyi xəbərdarlığını alıb. Ona tapşırılıb ki, əşyalarını götürüb, rayonu tərk etsin. Çünki dövlət başçısının etimadını itirib.Məlumatda deyilir ki, Məhərrəm Quliyev yeni həftənin ortalarına kimi işdən azad ediləcək. Ona yeni vəzifənin veriləcəyi isə mümkünsüz görünür. Elə Ağstafa İcra Hakimiyyətindəki mənbə də təsdiqləyib ki, otağını boşaldan icra başçısına yeni vəzifənin veriləcəyi gözlənilmir. Halbuki ilkin mərhələdə onu başqa bir rayona icra başçısı olaraq göndəriləcəyi gözlənilirdi. Lakin buraxdığı ciddi səhvlər, rayonda görülən işlərin bərbad vəziyyətdə olması işləri korlayıb. Sonda isə rayon camaatının onunla bağlı göndərdiyi şikayətlərin çoxalması da yuxarı dairələri qəzəbləndirib və karyerasının üzərindən xətt çəkiblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb