Astana JLodan sonra Şakira ilə danışıqlar aparır

Astana JLodan sonra Şakira ilə danışıqlar aparır
MAQAZİN
12:29 05.08.2025
161
Cenifer Lopezin konsertindən sonra daha bir ulduzun Astanada çıxışı planlaşdırılır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,qazaxıstanlı prodüser Malik Xasenov Şakira ilə danışıqların aparıldığını bildirib.
 
Onun sözlərinə görə artıq müqavilə müzakirələri başlayıb.

"Biz Şakira ilə danışıqlar aparırıq və hər şey plana uyğun getsə, payızda razılaşmaları yekunlaşdıracağıq", - Xasenov bildirib.

Qeyd edək ki, səfər təsdiqlənərsə, Qazaxıstan Şakiranın Orta Asiyada solo konsert ilə çıxış edəcəyi ilk ölkə olacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR