Astarada dənizdə batan gəncin meyiti İranda tapılıbmış

Astarada dənizdə batan gəncin meyiti İranda tapılıbmış
SOSİAL
10:28 26.08.2024
196
Astarada dənizdə batan 29 yaşlı Şamxal Həsənzadənin meyiti Xəzərin İran sahillərində tapılıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, aparılan danışıqlar nəticəsində gəncin meyiti qarşı tərəfdən təhvil alınıb.

Qeyd edək ki, Ş.Həsənzadə avqustun 24-də Astarada dənizdə batıb.
OXŞAR XƏBƏRLƏR