Astarada iki azyaşlı yanaraq öldü

SOSİAL
02:05 21.02.2025
599
Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbə ərazisində baş verib.

Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR