"Aston Villa" "Hall Siti"dən yarımmüdafiəçi aldı

İDMAN
17:01 19.07.2024
180
İngiltərənin "Aston Villa" klubu "Hall Siti"nin yarımmüdafiəçisi Jaden Filogeni transfer edib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Aston Villa" oyunçunun transferi üçün 15 milyon avro ödəyib. 

Xatırladaq ki, gənc futbolçu 2023-cü ildə 5 milyon avroya "Aston Villa”dan "Hall Siti”yə transfer olunmuşdu.
 
"Hall Siti”də 32 matçda iştirak edən Filogen 12 qol vurub, 6 məhsuldar ötürmə edib.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR