Astrologiyanın qısqanc və paxıl 4 bürcü məlum olub.
AZXEBER.COM ən qısqanc və ən paxıl 4 bürcünü təqdim edir:
İlk yeri Əqrəb bürcləri tutur. Qısqanclıq Bu bürcün xanımları üçün də, kişiləri üçün də həyat tərzidir. Normalda strategiya ilə hərəkət edən əqrəb bürcləri qısqanclığa gələndə düzgün strategiyadan istifadə edə bilmirlər. Həmçinin əqrəblə münasibətdəsinizsə idarə edən tərəf olmağınız çətin məsələdir. Həddən artıq qısqanclıqları münasibətlərində ciddi problemlər yaradır. Həmçinin hər iki tərəfin xoşbəxtliyinə divar hörür.
Növbəti qısqanc bürcümüz isə xərçəngdir. Xərçənglər qısqanclıq duyğularını gizlətməyi çox yaxşı bacarırlar. Qəlbləri qırılmadığı və aldadılmadıqları müddət ərzində qısqanclıqlarını çox da büruzə verməzlər. İstiqanlı və qayğıkeş olmaqları ilə yanaşı bəzən qəlbqırıcı da ola bilirlər. Bu isə sevdiklərinə duyduqları şəvqət hissi ilə bağlıdır. Onlar sevdiklərini paylaşmağı sevmirlər.
Növbəti qısqanc bürc isə İşkolik insanlar kimi tanınan Oğlaqlardır. Oğlaqların qısqanc olduqları yeganə mövzu iş dünyası ilə bağlı olur.Özlərindən daha yüksəyə qalxan insaları sevmirlər və içdən içə onlardan daha yaxşı olmağı diləyirlər. Kiminsə onlardan daha çox maaş alması, daha yüksək vəzifə tutması onları qıcıq edir.
Ən sonuncu yeri isə tutur Buğa bürcləri. Sakit təbiətli və uyumlu olmaqları ilə bilinən buğalar o qədər də qısqanc biri kimi tanınmazlar. Amma vəziyyət tamam başqadır. Buğalar həyatları boyu hər şeyin ən yaxşısına sahib olmaq istəyərlər. Və kiminsə daha bahalı maşınının olması, daha lüks evdə yaşaması buğaların içlərində yatırdıqları qısqanclıq duyğusunu ortaya çıxarda bilir.
Oksana